Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.
Bu barədəƏfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.
O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:
"İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".