AZ

KTN süni intellekt texnologiyaları ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi süni intellekt texnologiyaları iləbağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb.

Trend xəbərverir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədr müavini AnarƏzimov "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların IIForumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, dəyişən, sürətlə inkişaf edən dünyadarəqəmsallaşma, süni intellektin tətbiqi proseslərin sürətliaparılması baxımından çox vacibdir:

"Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də ciddiişlər görülür. Süni intellekt proqnozların verilməsi, xüsusilə dəbitki mühafizəsi sahəsində çox böyük əhəmiyyət kəsb edir.Zərərvericilərə qarşı mübarizdə və onların əvvəlcədənproqnozlaşdırılmasında bu texnologiyaların böyük təsirlərivardır".

"Bu texnologiyaların həm dövlətin nəzarəti çərçivəsindəxidmətlərin təkmilləşdirilməsi, həm də fermerlərə məlumatlarınötürülməsi istiqamətində çox böyük təsiri olacaq.

Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə beynəlxalqqurumlarla əməkdaşlığa başlayıb və müəyyən nəticələrimiz də var", -deyə A.Əzimov qeyd edib.

Seçilən
0
50
az.trend.az

10Mənbələr