AZ

Əfqanıstanda yardım maliyyələşdirilməsinin azaldılması qadın və uşaqların həyatını təhlükəyə atır

ABŞ hakimiyyəti tərəfindən elan edilmiş BMT-nin Əhali Fondunun (UNFPA) maliyyələşdirilməsinin azaldılması Əfqanıstanda humanitar proqramlara birbaşa təsir edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UNFPA-nın icraçı direktoru müavini Endryu Saberton bildirib.

“Bu vəsaitlərin böyük hissəsi ailə sağlamlığı və mobil tibb dəstəyi üçün nəzərdə tutulmuşdu – bu, ana ölümü göstəricilərinin dünyada ən yüksək olduğu ölkədə həyati əhəmiyyətli fəaliyyət istiqamətləridir”, – Saberton vurğulayıb, onun sözlərini BMT saytı sitat gətirib.

Onun məlumatına görə, UNFPA-nın işinin maliyyələşdirilməsinin azaldılması səbəbindən 6,9 milyon qadın və uşaq zərər çəkəcək, Fond tərəfindən dəstəklənən klinikalarının sayı isə 900-dən təxminən 400-ə qədər azalacaq.

Bununla yanaşı, Saberton qeyd edib ki, çətinliklərə baxmayaraq, Fond Əfqanıstanda işini davam etdirmək niyyətindədir.

Seçilən
0
1
report.az

10Mənbələr