AZ

Ərdoğan Zelenskiyə Ukraynada ədalətli sülhə ehtiyac olduğunu qeyd edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə Ukraynadakı münaqişəyə ədalətli sülh yolu ilə son qoymaq səylərini müzakirə edib.

Bu barədə mayın 15-də Türkiyə Cümhuriyyətinin Kommunikasiyalar İdarəsi məlumat yayıb.

“Prezident [Ərdoğan] indiki mərhələdə münaqişənin gedişatının birbaşa danışıqlar yolu ilə həllini tələb etdiyini və minimum ortaq mövqe üzrə razılığın əldə edilməsinin daha çox insan itkisinin qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı”, - departamentin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.

Seçilən
0
16
aznews.az

10Mənbələr