AZ

Füzuli Musayev məhkəmədə dindiriləcək 

Sabah, mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.


Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.


Ötən prosesdə iş üzrə əsas şahidlərdən olan Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevin dindiriləcəyi gözlənilirdi.


Lakin prosesdə Oleq Bakinskinin xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmasına dair vəkilinin vəsatətinə baxıldı. Hakim Oleq Bakinskinin ev dustaqlığına buraxılması barədə qərar qəbul etdi. Bundan sonra proses təxirə salındığından Füzuli Musayevin dindirilməsi ilə bağlı məsələ də açıq qaldı.

BAKİN.jpg

Xatırladaq ki, Füzuli Musayev məhkəmənin ötən 2 çağırışına baxmayaraq, prosesə qatılmamışdı.

Cinayət işinin detalları burada: https://musavat.com/news/ukraynada-bomba-yagisi-altindan-bakida-mehkeme-zalina-oleq-bakinskinin-isi_1163839.html


/musavat.com


Seçilən
0
1
referans.az

10Mənbələr