AZ

"Bu, Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə açdı" - Bayram Aslanov

"Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və qarşılıqlı etimad əsasında əməkdaşlıq edir".  

Bunu "Unikal"a açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə bu dostluğun tarixi dərinliyinə və gələcək inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib:

“Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafında tarixi əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. O dövrdə Heydər Əliyev Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və bu yüksək statusla Vyetnama etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, xüsusilə də iqtisadi, sənaye, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu səfər, həmçinin Vyetnam tərəfi tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanla münasibətlərdə etimad və qarşılıqlı hörmətin təməlini qoymuşdur. 

1959-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Azərbaycan və Vyetnam dostluğu bu gün də yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Vyetnam rəsmiləri ilə keçirdiyi görüşlər və son olaraq 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə atılan mühüm addımlardandır: “Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi”.

Dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulmuş Azərbaycan ilə Vyetnam arasında münasibətlərin dərinləşdirilməsi təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq sabitlik baxımından önəm daşıyır. Qarşılıqlı səfərlər, strateji layihələr və ortaq təşəbbüslər əsasında iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyi anonsunu verir". 
 

Seçilən
0
15
unikal.az

10Mənbələr