AZ

Tramp yenidən prezidentliyə namizədliyi üzərində düşünəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp bir çoxlarının ondan 2028-ci ildə yenidən dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi xahiş etdiyini və bunun üzərində düşünəcəyini bildirib...

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Biz yenidən seçilmək istəyirik. Bir çox insan bunu etməyi məsləhət görür. Bu, çox çətin olsa da, üzərində düşünəcəyəm", - o, ABŞ-nin Qətərdəki Əl-Udeyd hərbi bazasında çıxışı zamanı bildirib.

ABŞ Konstitusiyasına 1951-ci ildə edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs dövlət başçısı vəzifəsinə iki dəfədən çox seçilə bilməz. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Poliqon.info

Seçilən
0
24
poliqon.info

10Mənbələr