AZ

Yüksək Liqa: Bu gün 18-ci turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edəcək və “Olimpik Star”da təşkil olunacaq.

Turun açılış oyununda lider “Araz-Naxçıvan” “Şuşa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yüksək Liqa
18-ci tur
15 may

Araz-Naxçıvan – Şuşa
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Neftçi İK – Yasamal Bakı
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Baku Fire – U-19
Hakimlər: Rza Məmmədov, İmran Məhərrəmov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Seçilən
0
1
arena.az

4Mənbələr