“İstanbul Çarşı İmport Eksport LTD” MMC-nin xüsusli külli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu 848 283,81 manat təşkil edir.
“İstanbul Carşı İmport Eksport” şirkəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 000 manatdır. Şirkətin qanuni təmsilçisi Ağayev Firuz Yavər oğludur.
Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.