Ermənilərin olduğu təyyarəni ildırım vurub.
Musavat.com xəbər verir ki, bu barədə "Pastinfo" məlumat yayıb.
Məlumatda bildirilir ki, İrəvandan Liona uçan "Transavia" şirkətinə məxsus təyyarəni hündürlükdə olarkən ildırım vurub.
Sərnişinlərdən birinin sözlərinə görə, zərbənin səsi panikaya səbəb olub.
Təyyarənin zədələnmədiyi və təhlükəsiz uçuşunu davam etdirdiyi bildirilir.
Musavat.com