AZ

Krım böyük ehtimalla Rusiyanın tərkibində qalacaq- Makron

Vətəninfo.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron BFMTV telekanalına müsahibəsində Krımın böyük ehtimalla Rusiyanın tərkibində qalacağını bildirib.

Onun sözlərinə görə, ukraynalıların Rusiya ilə münaqişədən sonra bütün ərazilərini geri qaytara bilməyəcəklərini “demək üçün kifayət qədər aydınlıq var”.

Fransa prezidenti qeyd edib ki, 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım Rusiya və Ukrayna arasında danışıqlar nöqtələrindən birinə çevrilməlidir.

O əlavə edib ki, əgər iki ölkə arasında sülh bağlanarsa, bu ərazi böyük ehtimalla Rusiyanın tərkibində qalacaq.

Eyni zamanda, Fransa prezidentinin fikrincə, Rusiya “ bununla kifayətlənməyəcək”, Avropa tərəfi isə “üçüncü dünya müharibəsini qızışdırmaq” istəmədiyi üçün “mümkün olan hər şeyi edir”.

Seçilən
0
4
veteninfo.az

10Mənbələr