AZ

Ulduz futbolçu "Real"a görə bütün təklifləri rədd etdi

“Real Madrid”in xidmətində maraqlı olduğu "Bornmut"un müdafiəçisi Din Hoysen digər təklifləri rədd edib. Metbuat.az xəbər verir ki, istedadlı futbolçu “Çelsi” klubundan da təklif alıb. Lakin o “Real”a transfer olmaq üçün təkliflərdən imtina edib. Bildirilir ki, futbolçu “Real”ın təklifinə razılıq verib.

Qeyd edək ki, Din Hoysenin "Bornmut"la müqaviləsi 2030-cu ildə yekunlaşır. Futbolçu bu mövsüm 34 oyunda 3 qolla çıxış edib. Futbolçunun mövsümün fasiləsində “Real”ın transfer siyahısında olduğu irəli sürülmüşdü. Məlumata görə, “Real” rəhbərliyi klubun uğursuzluğuna görə mövsümün fasiləsində transferlər həyata keçirməyə üstünlük verməyib.

Seçilən
0
38
metbuat.az

10Mənbələr