AZ

“Star-M” MTK-nın 900 min manat vergi borcu var

“Star-M” Mənzil-Tikinti Koopreativinin (MTK) xüsusilə külli miqdarda vergi borcu yaranıb.

Valyuta.az xəbər verir ki, MTK-nın vergi borcu hazırda 903 606,45 manat təşkil edir. 

“Star-M” MTK 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. Şirkətin qanuni təmsilçisi Qasımov Valeh Cəfər oğludur. 

Ondan əvvəl şirkətə Məhərrəm Məhərrəmov rəhbərlik edib. O, 2023-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq həbs edilib.

Hüseyn

Seçilən
0
50
valyuta.az

10Mənbələr