İraqda kişi mülkündə saxladığı şirin hücumuna məruz qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kufə şəhərində baş verib.
Məlumata görə, 50 yaşlı yerli sakinin evində bir neçə vəhşi heyvan, o cümlədən şir var. Belə ki, qəfəsindən azad olan yırtıcı sahibinə hücum edib.
Şir kişinin bədəninin bir hissəsini yeyib. Heyvan aqressiya göstərdiyi üçün hadisə yerinə gələn mütəxəssislər ona atəş açıblar. Xəsarət alan heyvan sahibini xilas etmək mümkün olmayıb.
Nəşrin yazdığına görə, bu sahə İraqda qanunla yaxşı tənzimlənmir, brakonyerlər bundan yararlanırlar.