AZ

Fahriye Evcendən nostalji paylaşım - FOTO

Fahriye Evcendən nostalji paylaşım - FOTOBir müddətdir ekranlardan uzaq qalan məşhur aktrisa Fahriye Evcen bu dəfə sosial şəbəkədə etdiyi nostalji paylaşımı ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2014-cü ildə məzun olduğu Boğaziçi Universitetinə illər sonra yenidən qayıdan Evcen, universitet xatirələrini izləyiciləri ilə bölüşüb.

Reklam çəkilişləri üçün Boğaziçi Universitetinin tarixi əsas binası və həyətinə gedən 38 yaşlı aktrisa, çəkiliş arasında universitetin yaşıllıqları içində kamera qarşısına keçib. Tələbəlik illərindən izlər daşıyan məkanda çəkilən fotolarına "Köhnə yuvamda bir set xatirəsi" qeydi yazan Evcen, həm keçmişə olan həsrətini, həm də yeni layihəsini eyni kadrda birləşdirib.

Sosial mediada fəal olan məşhurlar arasında yer alan Evcenin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və rəy toplayıb. Onun təbii pozaları və universitet illərinə qayıdışı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici "Zaman dayanıb sanki", "Universitetə yenidən işıq gətirdiniz" kimi şərhlərlə təəssüratlarını bölüşüb.
Fahriye Evcendən nostalji paylaşım - FOTO

Seçilən
0
16
sonxeber.az

10Mənbələr