Bakı, 13 may, AZƏRTAC
Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, müxtəlif bölgələrdən bir araya gələcək idmançılar iki gün ərzində kubok uğrunda mübarizə aparacaqlar.
Yarışlar mayın 23-24-də təşkil olunacaq.