Tərtərdə qətl hadisəsi baş verib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.