AZ

Kral III Çarlz şahzadə Harri böhranını həll edə biləcəkmi?

Yazını böyüt
Yazını kiçilt

Şahzadə Harrinin ailəsi ilə barışmaq istədiyini ifadə etdiyi müsahibə ABŞ-a da çatdı.

Hafta.az-ın “The New York Times”a istinadən yazdığına görə, qəzet Kral III Çarlzın ailə böhranını çox gec olmadan həll edə biləcəyini sual altına alan məqalə yayımlayıb.

Məqalədə kral ailəsinin canlandırmağa çalışdığı birlik və həmrəylik mənzərəsi ilə reallıq arasındakı ziddiyyətin üzə çıxdığı vurğulanıb.

76 yaşlı kralın ötən il xərçənglə mübarizə apararkən Fransa, Avstraliya, Polşa və İtaliyaya səfər etdiyi xatırladılıb. Bununla belə, onun səylərinin oğlu Şahzadə Harri və gəlini Meqan Marklın krallıq vəzifələrindən getməsi və 2020-ci ildə ABŞ-a köçməsi ilə kölgədə qaldığı bildirilir.

Amerika qəzetinə danışan ekspertlər Kral III Çarlzın 2022-ci ildə anasının ölümü ilə taxta çıxdığını xatırladıblar. Onlar, Çarlzın müddətinin tolerantlıq və əhatəlilik mesajları ilə deyil, bu böhranla yadda qala biləcəyinə diqqət çəkiblər.

BBC-nin keçmiş kral müxbiri Peter Hunt, "Tarix kral haqqında yazanda bunun mənfi təsiri olacaq. Kral ailəsi birlik və bağışlanma üzərində dayanan bir qurumu təmsil edir. O, insanları bir araya gətirməli idi, ancaq onları qapının astanasında belə bir yerə yığa bilmir” deyib..

İngilis monarxiyasından söz açan tarixçi Ed Ouens 70 il padşahlıq edən mərhum kraliça II Elizabetə diqqət yetirir. Elizabetin ölümündən sonra Kral III Çarlzın ciddi islahatlar aparmaq istədiyini bildirib. Lakin o, xərçəng diaqnozunun kralın əhvalını zəiflətdiyini iddia edib.

Kral ailəsi ilə bağlı problemlərdən sonra ABŞ-a köçən Susseks hersoqu ona verilən polis müdafiəsinin azaldılması ilə bağlı işin hökmü dinlənildikdən sonra BBC-yə danışıb. Şahzadə Harri, "Mənimlə bəzi ailə üzvlərim arasında çoxlu fikir ayrılıqları var idi" deyib.

40 yaşlı zadəgan kral ailəsini bağışladığını, lakin 2023-cü ildə nəşr olunan xatirələrinə görə qarşı tərəfin eyni münasibəti göstərmədiyini söyləyib.

Şahzadə Harri, "Ailəmlə barışmaq istəyirəm. Mübarizəni davam etdirməyin mənası yoxdur. Həyat çox qiymətlidir. Barışmaq yaxşı olardı" deyib.

Polis müdafiəsinin götürüldüyü və təhlükəsizlik səviyyəsinin aşağı salındığı məhkəmə hökmündən kədərləndiyini deyən şahzadə Harri, "Hazırda ailəmi İngiltərəyə təhlükəsiz şəkildə gətirməyim mümkün deyil. Övladlarıma vətənimi göstərə bilməyəcəyim üçün kədərlənirəm" deyə təəssüflənib.

O həmçinin bildirib ki, baş nazir Keir Starmer və daxili işlər naziri İvet Kuperdən qərarı nəzərdən keçirməyi xahiş edəcək.

Həyat yoldaşı ilə birlikdə ABŞ-a köçmək qərarına gəldikdən sonra müdafiə səviyyəsinin azaldığını xatırladan şahzadə Harri bunun məhz onların kral ailəsinə qayıtmasını təmin etmək üçün edildiyini diqqətə çatdırıb.

Bu müsahibədən sonra Bukingem Sarayı məsələyə toxunaraq, "Bütün bu məsələlər məhkəmələr tərəfindən dəfələrlə və ciddi şəkildə araşdırılıb, hər dəfə də eyni nəticəyə gəlinib" deyə açıqlama verib.

Seçilən
0
25
hafta.az

10Mənbələr