Gəncədə naməlum şəraitdə xəsarət alan 18 yaşlı oğlan ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, müalicə aldığı xəstəxanada həkimlərin tibbi müdaxiləsinə baxmayaraq ağır xəsarət alan 2007-ci il təvəllüdlü E.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
***
08:08
Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Dərhal gənc oğlana xəstəxanada tibbi yardım göstərilib.18 yaşlı E. İbrahimovun vəziyyətinin ağır olduğu bildirilir.
Gənc oğlanın hansı səbəbdən ağır xəsarət alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara davam etdirilir.