AZ

Salyanda maşın motosikletlə toqquşdu - Ölən var

Salyanda avtomobil motosikletlə toqquşub.

"Unikal" xəbər verir ki, 1995-ci il təvəllüdlü Namiq Rzayev idarə etdiyi “İsuzu” markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq yolun 1 May küçəsindən Sabirabad rayonu istiqamətində hərəkət edən motosiklet ilə toqquşası nəticəsində motosikletin sürücüsü 1975-ci il təvəllüdlü Azər Hüseynov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
0
50
unikal.az

10Mənbələr