AZ

“Bloomberg”: Aİ Rusiyaya qarşı sanksiyaları müzakirə etməzdən əvvəl Türkiyədə danışıqları gözləyir

Bakı, 13 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-dan yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Məlumata görə, mayın 12-də ABŞ Moskvaya təzyiqlərin artırılması məsələsini müzakirə etmək üçün Rusiya və Ukraynaya Ankarada birbaşa danışıqlara icazə vermək niyyəti barədə Avropa rəsmilərini xəbərdar edib.

Seçilən
0
20
azertag.az

10Mənbələr