AZ

İsrail Qəzzaya hücumları davam etdirir

HƏMAS-ın ikili vətəndaşlığı olan əsir əsgər İdan Aleksandrı azad etməsindən sonra İsrail ordusu Qəzza zolağına hücumları davam etdirib.

Teleqraf xəbər verir ki, nəticədə bir fələstinli qadın həlak olub, bir qız isə ağır yaralanıb.

Səhiyyə mənbələrindən verilən məlumata görə, İsrail ordusu Qəzza şəhərinin əl-Durc məhəlləsində köçkünlərin sığındığı əl-Ramle məktəbi ətrafındakı ərazini artilleriya atəşi ilə hədəfə alıb.

Hücum əsir götürülmüş ABŞ-İsrail vətəndaşı əsgər Aleksandrın Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməsindən sonra həyata keçirilib.

HƏMAS bildirib ki, Aleksandrın azad edilməsi hərtərəfli atəşkəs və bütün əsirlərin qaytarılmasını ehtiva edən razılaşmaya aparan prosesin bir hissəsidir.

"Aleksand İsrailə qayıdan kimi biz Qəzza zolağına hücumları davam etdirəcəyik", - İsrail ordusunun rəsmisi İsrailin Kanal 14-ə açıqlamasında deyib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən ABŞ-ın dəstəyi ilə Qəzzada həyata keçirdiyi əməliyyatlar zamanı uşaq və qadınlar olmaqla 52 min 862 fələstinli həyatını itirib, 119 min 648 nəfər yaralanıb, 11 mindən çox insan isə itkin düşüb.
Seçilən
0
1
sherg.az

2Mənbələr