Bakıda minifutbol üzrə “Legends Cup” oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, paytaxtımızada təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan qarşılaşmada ölkə futbolunun əfsanələri üz-üzə gələcək.
Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək matç “Neftçi 2000-lər” və “Premyerliqa məşqçiləri” arasında oynanılacaq. “Legends Cup” may ayının 19-da Milli Gimnastika Arenasında keçiriləcək. Qarşılaşma saat 20:00 da başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta