AZ

Banklardan xalqa növbəti zərbə… – Müğənnidən sərt etiraz

Müğənni Nura Suri bankların aylıq SMS xidməti haqqını qaldırmasına etiraz edib. Müğənni bildirib ki, ölkədəki heç bir bank xalqa xidmət etmir.

N.Suri bu xidmətin kartlardan oğurluqların artdığı bir vaxtda edilməsini haqsızlıq hesab edir:
“Bizdə niyə belədir ki? Bank kartlarının SMS xidməti aylıq 0.90 qəpikdən 3 azn-ə qaldırılıb və avtomatik qiyməti artıran kimi xidməti bağlayıblar hamıda. Həm də bunu elə bir dönəmdə ediblər ki, hər gün insanların kartlarından külli miqdarda pul oğurlanır.
Bizdə bank sistemi onsuz da bərbaddır. Yəni ki, xalqa xidmət etmir, öz cibinə işləyir banklar. Hər gün də insanlara nəğd ödənişdən uzaqlaşıb, Apple Pay və Google Pay-lə ödəniş tövsiyə olunur.
Bir insafınız olsun da. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır bəsdirin də, millətin qanını içdiniz”.
Seçilən
0
3
yenilik.az

10Mənbələr