AZ

Adı “Qalatasaray”la hallanan ulduz futbolçu qərarını verdi

Adı “Qalatasaray”la da hallanan "Mançester Siti"nin futbolçusu Kevin De Bruyne İtaliyaya transfer olmağa razılıq verib. Metbuat.az xəbər verir ki, “Napoli” futbolçu ilə məhsuldar danışıqlar aparıb. "Sky Sports"un məlumatına görə, “Napoli” futbolçuya illik 7 milyon avro məvacib təklif edib. Bildirilir ki, bu rəqəm oyunçunun hazırda "Mançester Siti"də qazandığından aşağı olsa da, İtaliyada vergilər çox aşağıdır və oyunçu əhəmiyyətli imza bonusu alacaq. Məlumata görə, "Napoli" futbolçuya iki illik müqavilə və müqaviləni daha bir il artırmaq barədə müqavilə təklif edib.

Qeyd edək ki, “Qalatasaray”ın futbolçusu Dris Mertens vasitəsilə Belçika millisindəki komanda yoldaşı Kevin De Bruyneni razı salmağa çalışdığı barədə iddialar dərc edilmişdi.

Seçilən
0
8
metbuat.az

10Mənbələr