Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, Ərdoğan Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.
Türkiyə Prezident Administrasiyasının bu barədə yaydığı məlumata görə, ölkə liderləri Türkiyə-Ukrayna ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.