“Real Madrid”in futbolçusu Kilian Mbappe komandasının heyətində XXI əsrdə “El-Klasiko”nun yeni rekorduna imza atıb.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz hücumçu bu zaman ərzində “Barselona”ya qarşı matçlarda het-trik edən ilk futbolçu olub.
Qeyd edək ki, “Real” ötən gün “Barselona”ya 3:4 hesabı ilə uduzub. Mbappe 3 qol vurmağı bacarıb. (5-p., 14, 70)
Bundan öncə “Kral klubu”nda “El Klasiko”larda bir görüşdə bu göstəriciyə çatan oyunçu1995-ci ilin yanvarında çilili hücumçu İvan Zamorano olmuşdur.
Xatırladaq ki, XXI əsrdə “Barselona”da Luis Suares və Lionel Messi “Real”la oyunlarda het-trik ediblər.
Milli.Az