Bazar ertəsi gecə Günəşdə sondan əvvəlki güc sinfinin partlayışı qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Mayın 12-də Moskva vaxtı ilə saat 03:01-də (Bakı vaxtı ilə 04:01 - red.) 4079 (N08W89) günəş ləkələri qrupunda rentgen diapazonunda 11 dəqiqə davam edən M1.9 alışması qeydə alınıb", - məlumatda deyilir.
Monitorinq məlumatlarına əsasən, son 24 saat ərzində Günəş rentgen partlayışlarının Yerin ionosferinə təsir səviyyəsi R1-ə (zəif), Yerin maqnit sahəsinin pozulma dərəcəsi isə G1-ə (zəif) çatıb.
Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər./BAKU.WS
Telegram kanalımız