Gəncədə evdə partlayış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində anidən partlayış olub. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.