AZ

Britaniyadan Putinə xəbərdarlıq: Ciddi olmağın vaxtı çatıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə mümkün sülh danışıqlarında iştiraka ciddi yanaşmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Lemmi deyib.

Britaniya diplomatiyasının rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olduğunu bildirib.

Lemmi, həmçinin qeyd edib ki, Vladimir Putinin Avropada sülhə və Ukraynada atəşkəslə bağlı danışıqlara ciddi yanaşmasının vaxtı çatıb.

“Putin ciddilik nümayiş etdirməsə, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”, - Lemmi vurğulayıb.

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr