Məşhur kubalı astrolog Meni Vidente, "İnter Mayami" Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messi ilə həyat yoldaşı Antonella Rokkuzzonun yaxın gələcəkdə ayrılacağını iddia edib.

Offsideplus.az xəbər verir ki, Vidente verdiyi müsahibədə bildirib ki, Messi başqa bir qadınla romantik münasibət yaşayır. Onun sözlərinə görə, Antonella da yaxın vaxtlarda başqa bir kişi ilə münasibətə başlayacaq.

Astroloq Antonella ilə bağlı daha qəti bir ifadə işlədib: “Artıq Messi-dözə bilmir”, – deyə o bildirib.

Xatırladaq ki, cütlük yeniyetməlik dövründən bəri birlikdədir onların üç övladı var.