Azərbaycanlıların ən çox üz tutduğu ölkələr arasında Rusiya ikinci yerdədir. Gələn ayın sonundan isə bu ölkəyə getmək o qədər də asan olmayacaq. Rusiyaya səfər edənlər xüsusi QR kod almalıdırlar. Bunu isə səfərdən 72 saat əvvəl etməlidirlər.
Ölkə.Az xəbər verir ki, bu barədə İctimai TV-nin hazırladığı süjetdə bildirilib.
"O kod hələ giriş icazəsinin olduğu mənasına gəlmir. Rusiya sərhədçilərinin xoşuna gəlməsəniz, ən yaxşı halda sərhəddən geri qaytarılacaqsınız. Bu qərar vizasız Rusiyaya gedən bütün xarici ölkələrin vətəndaşlarına aiddir, lakin azərbaycanlıların Rusiyaya iş arxasınca getdiyini nəzərə alsaq, yeni qərar ən çox soydaşlarımıza mənfi təsir edə bilərmi? Ekspertlər hesab edirlər ki, bu qərar Rusiyanın özünə də ciddi ziyan vura bilər", - deyə verilişin aparıcısı qeyd edib.