AZ

Azərbaycanın NATO-dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib

Azərbaycanın NATO-dakı Nümayəndəliyi NATO-nun Tanışlıq Proqramının bir qrup iştirakçısını qəbul edib.

Bu barədə Nümayəndəliyin sosial media hesabında məlumat paylaşılıb.

Bildirilir ki, proqramın ümumi məqsədi iştirakçılara NATO-nun yardım proqramları və fəaliyyətləri haqqında ətraflı məlumat verməkdir.

Proqram çərçivəsində Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistandan olan iştirakçılar Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində olublar. Eyni zamanda, Azərbaycanın NATO-dakı Nümayəndəliyi Azərbaycanın NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə təcrübəsini bölüşən təqdimatla çıxış edib.



Seçilən
0
6
herbiand.az

7Mənbələr