AZ

Albert Aqarunov Şuşada

Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı oğlu ölkəmizdə səfərdə olub.

“Qafqazinfo”nun məlumatına görə, Milli Qəhrəmanla eyni adı daşıyan Albert Aqarunov səfər çərçivəsində işğaldan azad olunan ərazilərə, eləcə də Şuşa şəhərinə yollanıb.

Son bir neçə gündür Bakıda olan Aqarunovlar qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Ailə bu həftəsonu İsrailə geri dönüb. 

Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Seçilən
0
10
demokrat.az

10Mənbələr