AZ

Polşa Rusiyanın bu şəhərdəki konsulluğunu bağlayır

Polşa Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“2024-cü ilin mayında Varşavada ticarət mərkəzini demək olar ki, tamamilə məhv edən kütləvi yanğına görə Moskvanın məsuliyyət daşıdığına dair sübutlar fonunda Polşa Rusiyanın Krakovdakı konsulluğuna verdiyi razılığı geri götürüb”, - Sikorski bildirib.

Qeyd edək ki, mayın 11-də Polşa Rusiya kəşfiyyat xidmətini 2024-cü ildə Varşavada ticarət mərkəzinin yandırılmasına göstəriş verməkdə ittiham edib. Yanğın 2024-cü il mayın 12-də baş verib və ticarət mərkəzini tamamilə məhv edib.

Seçilən
0
axar.az

1Mənbələr