Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın 2025-ci il üzrə iqtisati artım proqnozunu 0,5 faiz bəndi azaldıb.
Belə ki, bank qrupu 2025-ci ilin dördüncü rübü üzrə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 4,5%-dən 4%-ə, ümumi 2025-ci il üzrə isə artım proqnozunu isə 3%-dən 2,5%-ə endirib. Bank 2026-cı il üzrə isə 2,5% iqtisadi artım proqnozlaşdırıb.
Qeyd edilib ki, proqnozun azaldılması əsasən ilin birinci rübündəki zəif iqtisadi göstəriciləri əks etdirir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi bu ilin il rübü üzrə Azərbaycanda 0,3% iqtisadi artım qeydə alıb.
Beynəlxalq reytinq agentlikləri - “S&P Global” bu il 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə iqtisadi artımı 3 %, 2026-cı ildə 2,5 %, Beynəlxalq Valyuta Fondu isə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə iqtisadi artım 2,7 %, 2026-cı ildə 2,4 % təşkil edəcək. Asiya İnkişaf Bankı isə bu göstəriciləri müvafiq olaraq 3,4 % və 3,3 % səviyyəsində proqnozlaşdırır.
©Apa