AZ

Haqsız rəqabətlə bağlı baxılan müraciətlərin sayı artdı

BAKI, 12 may. TELEQRAF

Bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayı artıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 48%-dək artım qeydə alınıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə 40, bu il isə 59 müraciətə baxılıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr