Bakı. Trend:
Azərbaycanda mikromaliyyə sahəsindəfəaliyyət göstərən aparıcı qurumlardan biri olan FINCA Azerbaijan,3 000 000 AZN həcmində, illik 15% gəlirliliklə istiqrazemissiyasını uğurla həyata keçirdiyini elan edir. Bu istiqrazlar 18aylıq tədavül müddətinə malik olub, rüblük faiz ödənişləri iləsabit gəlir imkanı yaradır.
Yeni buraxılan istiqrazlar qısamüddətdə etibarlı və yüksək gəlirli investisiya alternativiaxtaranlar üçün nəzərdə tutulub. İstiqrazların 100 AZN nominaldəyəri, onları həm iri, həm də fərdi investorlar üçün əlçatan edir.
İstiqrazların əsas şərtləri:
- Nominal dəyər: 100 AZN
- İllik faiz dərəcəsi: 15%
- Tədavül müddəti: 18 ay
- Buraxılış həcmi: 3 000 000 AZN
- Faiz ödənişləri: Rüblük
“FINCA Azerbaijan”haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCAAzerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyəmalikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kreditməhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkəüzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”,“FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank vəmikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatanqlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyətihaqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosialmedia hesablarına müraciət edə bilərsiniz.