20 ildən sonra 2021-ci ildə Əfqanıstanda nəzarəti bərpa edən Taliban növbəti xəbərdarlığa qədər şahmatı qadağan edib.
News24.az BBC-yə istinadən xəbər verir ki, Taliban bu addımı “şahmatın qumar mənbəyi” olması narahatlığı ilə atıb.
Taliban rəsmiləri şahmatın “İslam qanunlarına uyğun olub-olmadığı müəyyən edilənə qədər” qeyri-müəyyən müddətə qadağan edildiyini açıqlayıb.
Xatırladaq ki, hakimiyyətinin ilk günündən qadınların həyatına və hüquqlarına ciddi məhdudiyyətlər qoyan Taliban bundan əvvəl qadınların hər hansı idman növü ilə məşğul olmasını və yarışlarda iştirakını da qadağan edib.
Günel Məlikzadə