AZ

Dünyanın ən böyük hərbi hava qüvvələrinə malik 10 ÖLKƏ

Yazını böyüt
Yazını kiçilt

Qlobal təhlükəsizlik balansları baxımından hərbi hava gücü hər bir ölkənin hərbi potensialının ən vacib elementlərindən biri kimi önə çıxır. Qırıcı təyyarələr, nəqliyyat təyyarələri, helikopterlər və kəşfiyyat təyyarələri də daxil olmaqla hava donanmaları, çəkindirmə, müdafiə və müdaxilə imkanlarında həlledici rol oynayır. Xüsusilə də bu, ötən günlərdə Hindistanla Pakistan arasında yaşanan hərbi qarşıdurma zamanı özünü açıq göstərdi.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin məlumatlarına əsasən, ABŞ əzici üstünlüklə dünyanın ən böyük hərbi hava donanmasına sahibdir. Onun ardınca Rusiya, Çin və Hindistan kimi böyük dövlətlər gəlir. Siyahıda regional aktyorlar Türkiyə, Misir, Cənubi Koreya və Pakistan da diqqət çəkir.

Hava qüvvələri təkcə milli təhlükəsizliyi təmin etmir, həmçinin qlobal hərbi mövcudluq göstəricisi, NATO və ya regional ittifaqlar üçün güc proqnozu vasitəsi kimi istifadə olunur.

İndi də dünyanın ən çox hərbi təyyarə və digər hava vasitələrinə malik 10 ölkənin siyahısını təqdim edirik:

1. ABŞ 13209 hərbi təyyarə, 2. Rusiya 4255 hərbi təyyarə, 3. Çin 3304 hərbi təyyarə, 4. Hindistan 2296 hərbi təyyarə, 5. Cənubi Koreya 1576 hərbi təyyarə, 6. Yaponiya 1459 hərbi təyyarə, 7. Pakistan 1434 hərbi təyyarə, 8. Misir 1080 hərbi təyyarə, 9. Türkiyə – 1069 hərbi təyyarə, 10. Fransa – 972 hərbi təyyarə.

Seçilən
0
hafta.az

1Mənbələr