Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumnata görə, hadisə rayonun Bığır kəndində baş verib.
Kənd sakini Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.