AZ

Üç günlük döyüş tarixə Pakistanın qəhrəmanlıq salnaməsi kimi düşdü


Zaman keçdikcə Pakistanın Hindistan üzərində qətiyyətli və parlaq qələbəsini sübut edən faktlar bir-bir üzə çıxır.Belə ki,2025-ci il mayın 7-də Hindistanın Pəncab əyalətinin Bathinda rayonunda yerləşən Akliya Kalan kəndində hərbçilər Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafaele” qırıcı təyyarəsinin qalıqlarını aşkar ediblər. İnsident mayın 7-nə keçən gecə Hindistan və Pakistan arasında raket zərbələri nəticəsində baş verib. Yerli hakimiyyət qəzanın Pakistanla sərhəd yaxınlığında baş verdiyini və bunun bölgə sakinlərinin narahatlığına səbəb olduğunu və beynəlxalq aləmin diqqətinicəlb etdiyini bildirib. Bu barədə Hindistan Müdafiə Nazirliyindəki rəsmi mənbələrə istinadən “The Times of India” nəşri məlumat yayıb. Pakistanın Samaa TV telekanalının yaydığı məlumata görə, Pakistan hava hücumundan müdafiə qüvvələri biri Bathinda bölgəsində qəzaya uğradığı iddia edilən iki Rafale qırıcısını vurduğunu qeydedib. Pakistan hərbçiləri bildiriblər ki, təyyarələr Pəncab əyalətində ölkənin hava məkanını pozub, buna görə də onların qarşısını alınıb. Sosial şəbəkələrdə yayılan qalıqların fotoşəkilləri Hindistan Hərbi Hava Qüvvələrinin ən qabaqcıl təyyarələrindən birinin itdiyini təsdiqləyən Rafale tipli işarələri olan şaquli stabilizatorun fraqmentlərini göstərir. Bu, Fransa istehsalı olan Rafale-nin tarixdə ilk döyüş məğlubiyyətidir.Hansı ki,bu məğlubiyyəti təcavüzkara yaşadan qəhrəman Pakistan pilotları olub. Hindistanın Müdafiə Nazirliyi təyyarənin vurulması faktından yayınaraq, təhqiqatın aparıldığı barədə açıqlama verməklə kifayətlənib. Reuters xəbər verir ki, həmin gün Hindistanın daha bir döyüş təyyarəsi Cammu və Kəşmir bölgəsində qəzaya uğrayıb və onun pilotu xəstəxanaya aparılıb. Qəzanın səbəbi dəqiqləşdirilməyib, lakin Hindistan təhlükəsizlik güclərindəki mənbə bunun texniki nasazlıq və ya hərbi əməliyyatla bağlı ola biləcəyini qeyd edib.Öz növbəsində Pakistan Hindistan tərəfi etiraf etməsə də, üç Rafale, Su-30 və MiQ-29 daxil olmaqla, beş Hindistan təyyarəsini vurduğunu israr edir. Münaqişə Hindistanın 2025-ci ilin aprelində Kəşmirdə hindu zəvvarlarına hücuma görə məsuliyyət daşıyan terrorçuları dəstəkləməkdə günahlandıran Yeni Dehlinin Pakistandakı hədəfləri vurduğu Sindoor əməliyyatından sonra başladı. Pakistan hava və quru əməliyyatları da daxil olmaqla təcavüzkara kütləvi əks-hücumlarla cavab verdi və nəticədə mülki əhali arasında da itkilər oldu. Reuters xəbər verir ki, Pakistanda biri uşaq olmaqla 26 nəfər həlak olub, 46 mülki şəxs isə yaralanıb.afa

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr