NBA pley-offsun ikinci mərhələsində (1/4 final) daha 2 oyun keçirilib.
Offsideplus.az xəbər verir ki, Oklahoma City Thunder Denver Nuggetslə seriyada hesabı bərabərləşdirib.
Bu oyun NBA pley-offsda anti-rekordla yadda qalıb. Belə ki, görüşün ilk periodunda cəmi 25 xal qazanılıb. Komandalar birinci kiçik fasiləyə Oklahoma City Thunderin 17:8 hesablı üstünlüyü ilə yollanıblar.
Gecənin digər qarşılaşmasında Indiana Pacers inamlı qələbəyə sevinib.
NBA pley-offs, ikinci mərhələ (1/4 final)
Denver Nuggets- Oklahoma City Thunder 87:92
seriyada hesab - 2:2
Indiana Pacers- Cleveland Cavaliers 129:109
seriyada hesab - 3:1
*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir