HƏMAS ABŞ rəhbərliyi ilə görüşlə bağlı diqqətçəkən mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mesajda atəşkəs və Qəzzaya giriş-çıxşın açılması, humanitar yardımların buraxılması istiqamətində irəliləyişə nail olmaq üçün ABŞ-İsrail ikili vətəndaş girov hərbçinin sərbəst buraxılacağı qeyd olunub.
O da xüsusi vurğulanıb ki, vasitəçi ölkələrin təşəbbüsü ilə ABŞ rəsmiləri intensiv danışıqları davam etdirməyə hazırdırlar: "Biz müharibəni bitirmək üçün bütün ciddi səylərlə açıq olmaqla, qarşılıqlı razılıq əsasında əsirlərin mübadiləsi və Qəzzanın idarəçiliyini müstəqil, peşəkar bir quruma təhvil verməyə hazırıq..."
Tahir Şəlvəli
MİA.AZ