AZ

KİV: Həmas Qəzza ilə bağlı ABŞ administrasiyası ilə birbaşa danışıqlar aparır

Fələstinin HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəslə bağlı ABŞ administrasiyası ilə birbaşa danışıqlar aparır.

İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın HƏMAS-dakı mənbəsinin sözlərinə görə, danışıqlar son bir neçə gündür davam edir.

Nümayəndə heyətlərinin tərkibi açıqlanmır.

Telekanal iddia edir ki, məsləhətləşmələr Qəzzaya humanitar yardımın çatdırılmasının bərpası və atəşkəs məsələlərini əhatə edir. Hələlik əlavə təfərrüatlar verilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
0
5
ikisahil.az

8Mənbələr