AZ

Misli Premyer Liqası: XXXIV tura yekun vuruldu

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub. Metbuat.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.
20:01Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.Metbuat.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gəlib.Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.

Seçilən
0
metbuat.az

1Mənbələr