AZ

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi

BAKI, 11 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXIV turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada ilk qolu 35-ci dəqiqədə Musa Qurbanlı vurub. 59-cu dəqiqədə isə Aleksey Kaşuk yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra əvvəlki turlardan çempionluğu rəsmiləşdirən “köhlən atlar” xallarını 83-ə çatdırıb. 55 xalı olan “qırmızı-ağlar” isə üçüncü yerdə olsalar da, özlərini bu mövqenin sahibi kimi rəsmiləşdirməyi növbəti turlara saxlayıblar.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Kəpəz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Turan Tovuz"u 2:1, "Zirə" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Şamaxı"dan güclü olub - 3:1.

Seçilən
0
teleqraf.com

1Mənbələr