Mingəçevirdə 3-4 küçə var ki, buranın sakinləri mövcud problemlərdən narahatdırlar.
Xezerxeber.az-ın xəbərinə görə, Mingəçevirdəki Şəfa bağlar massivində yaşayan sakinlər bildirir ki, illərdir ərazidə yağış sel onlar üçün çətinlik yaradır. Küçə işıqlarının olmaması isə gecə saatlarında hərəkəti daha çətinləşdirir. Yağışlardan sonra asvaltsız küçələrdə hərəkət demək olar ki, dayanır.
Sakinlər adiyyatı qurumlara müraciət etdiklərini də bildiriblər. Amma hələ ki, həmin sakinlərin arzuları gerçəkləşməyib.
Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin qeyd etdiyi ərazilərdə işin müvəqqəti saxlanılmasının əsas səbəbi odur ki, Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının xətti ilə yarımçıq qalmış və başa çatdırılması gözlənilən işlər var. Həmin işlər icra edilib başa çatdırıldıqdan sonra asfaltlanması nəzərdə tutulmuş bir neçə küçəyə asfalt örtüyü döşənəcək və paralel olaraq küçə işıqlandırması işləri həyata keçiriləcək. Yerli sakinlərə də bu barədə məlumat verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.