AZ

"Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub" – Abbas Əraqçi


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-lə aparılan nüvə danışıqlarının dördüncü raundundan sonra bəzi məsələlərdə daha yaxşı anlaşma əldə olunduğunu bildirib.
Yeniavaz.com
“Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, o, bununla belə, uranın zənginləşdirilməsi məsələsinin heç vaxt danışıqlar mövzusu ola bilməyəcəyini bir daha vurğulayıb.
İranın nüvə proqramı və Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı ABŞ nümayəndə heyəti ilə aparılan müzakirələrdən sonra İranın dövlət televiziyasına müsahibə verən Əraqçi bildirib:
“Bizim mövqeyimiz aydındır – uranın zənginləşdirilməsi davam etməlidir və bu məsələdə heç bir kompromisə getmək mümkün deyil. Ancaq etimad yaratmaq məqsədilə müəyyən dövr üçün onun miqyası, sürəti və səviyyəsi üzrə məhdudiyyətlərə razı ola bilərik”.
Seçilən
0
yeniavaz.com

1Mənbələr