İspaniya La Liqasının 35-ci turu növbəti "klasoko"ya səhnə olub.
Fanat.Az xəbər verir ki, lider "Barselona" əzəli rəqibi "Real Madrid"i qəbul edib.
Qonaqlar Mbappenin dublu sayəsində 14 dəqiqəyə 2 qol vursalar da, "blauqrana" fasiləyə qədər 4 dəfə fərqlənib. Madrid təmsilçisi ikinci yarıda yalnız fərqi azalda bilib. Beləliklə, Kataloniya təmsilçisi ardıcıl 4-cü dəfə "Real"ı yenib.
"Barselona" – "Real Madrid" - 4:3
Qollar: Qarsiya, 19; Yamal, 32; Rafinya, 34, 45 – Mbappe, 5, 14, 70